İtaliya Avropanın bir sıra digər ölkələrinin ardınca yeni koronavirus ştamı ilə bağlı Afrikanın 7 ölkəsinə girişi qadağan edib.
TASS xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Roberto Speranza bildirib.
Bunlar Cənubi Afrika, Lesoto, Botsvana, Zimbabve, Mozambik, Namibiya, Esvatini Krallığıdır.
Nazir, həmçinin bildirib ki, italyan alimləri yeni ştamın tədqiqi üzərində işləyirlər.