8 C
Baku
Monday, November 18, 2024

İtaliya Aİ-nin təsdiqləmədiyi vaksinlərə də COVID sertifikatı verəcək

İtaliya hakimiyyəti Avropa İttifaqı tərəfindən təsdiqlənməmiş peyvəndlərlə vaksindən keçmiş vətəndaşlara da COVID sertifikatı vermək qərarına gəlib.

Bu barədə İtaliya Səhiyyə Nazirliyinin rəhbəri Roberto Speranza elan edib.

Onun sözlərinə görə, bunu etmək üçün mRNA preparatları (“Pfizer” və ya “Moderna”) ilə üçüncü – buster doza vurdurulmalıdır.

“Buster doza, vaksinasiyadan ən geci yarım il sonra həyata keçirilməlidir”, – deyə Speranza vurğulayıb.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər