-1 C
Baku
Sunday, December 15, 2024

İtaliya Avropa İttifaqının ən sürətlə “qocalan” ölkəsidir

Avropa İttifaqının (Aİ) ən sürətlə “qocalan” ölkəsi olan İtaliyanın əhalisi 59 milyon nəfərdən aşağı düşüb.

Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, 2022-ci il yanvarın 1-nə ölkə əhalisinin sayı 58 milyon 983 min nəfərə enib və İtaliya əhalisi Aİ-nin digər üzvlərindən daha sürətli “qocalır”.

ISTAT-ın prezidenti Ciankarlo Blanqiardo deyib ki, ölkə əhalisinin sayı 2014-cü ildən bəri durmadan azalır. Həmin vaxtdan indiyədək əhalinin sayında 1,36 milyon nəfərdən çox azalma müşahidə olunub. İtaliyada ömür uzunluğu əhəmiyyətli dərəcədə artıb və doğum nisbəti isə nəzərəçarpacaq formada azalıb. Bu da onu göstərir ki, ölkə əhalisi Avropanın qalan hissəsi ilə müqayisədə daha tez qocalır.

İtaliyada əhalinin sayının azalması və qocalma nisbətinin artması məhsuldarlığın azalması və daha az innovasiya səbəbindən iqtisadiyyatı durğunluq yaşayan bir ölkə üçün ciddi narahatlıq doğurur.

ISTAT ölkə əhalisinin sayının 2050-ci ildə 54,2 milyona, 2070-ci ildə isə 47,7 milyon nəfərə düşəcəyini proqnozlaşdırıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər