17 C
Baku
Saturday, May 18, 2024

“İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində binaları 43 milyon manata Türkiyə şirkəti tikəcək

“ADA” Universiteti “Sinerji Proje Yönetimi Elektrik Elektronik Ve Sağlık Teknolojileri Dış Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə “İtaliya Azərbaycan Universiteti” layihəsi çərçivəsində F, G və digər köməkçi binaların tikintisi işlərinin ikinci mərhələsinin (kommunikasiya xətlərinin çəkilməsi, havalandırma, kondinsionerləşdirmə, videomüşahidə sistemlərinin, isti və soyuq su xətlərinin çəkilməsi, elektrik güc avadanlıqlarının və digər aidiyyəti sistemlərin (avadanlıqlarla birlikdə) quraşdırılması) satınalınması nəzərdə tutulur.

Müqavilənin dəyəri isə 42.527.200 AZN təşkil edir.

Qeyd edək ki, Romada İtaliya-Azərbaycan Universiteti üzrə əməkdaşlıq çərçivəsinin müəyyən edilməsi, fakültə və proqramların yaradılması ilə bağlı ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsi – Luiss Guido Carli Universiteti, Romanın Sapienza Universiteti, Turin Politexnik Universiteti, Alma Mater Bolonya Universiteti və Milan Politexnik Universiteti arasında akademik əməkdaşlığa dair imzalanmış sazişlərin mübadiləsi mərasimi keçirilib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər