24 C
Baku
Thursday, September 29, 2022

İtaliya Azərbaycandan təbii qaz tədarükünü artırmaq istəyir

İtaliyanın xarici işlər nazirinin müavini Manlio Di Stefano ölkənin Rusiya qazından asılılığını Əlcəzair, Türkmənistan və Azərbaycanın hesabına azaltmağın zəruriliyini açıqlayıb.

O, bunu “La Repubblica” qəzetinə müsahibəsində deyib.

Nazir müavini vurğulayıb ki, ilin əvvəlində Rusiyanın Ukrayna marşrutu ilə İtaliyaya tədarükünün azalması ölkənin enerji təhlükəsizliyinə təhdid yaradır.

Stefano etiraf edib ki, Moskvanın bu cür hərəkətləri siyasi mülahizələrlə diktə oluna bilər.

Hökumət rəsmisinin fikrincə, Trans-Adriatik Qaz Boru Kəməri (TAP) tədarükün şaxələndirilməsi üçün vacibdir. Onun vasitəsilə Azərbaycan qazı tədarük edilir ki, bu da italyanlar üçün enerji qiymətlərinin artımını bir qədər cilovlamağa imkan verir.

Siyasətçi təsdiqləyib ki, İtaliya TAP-ın ötürmə qabiliyyətinin 10 milyard kubmetrə çatdırılmasını gözləyir.

Onun sözlərinə görə, digər perspektivli istiqamət Xəzər dənizində TAP kəməri ilə birləşdirilə bilən Türkmənistandır. Lakin Xəzər dənizi “Rusiyanın təsir zonası”na daxildir, ona görə də belə qaz kəmərinin tikintisi digər məsələlərlə yanaşı, Rusiya Federasiyasından da asılıdır.

Nazir müavini əlavə edib ki, hazırda İtaliya Azərbaycandan təbii qaz tədarükünü artırmaq imkanlarını nəzərdən keçirir.

 

 

Son xəbərlər
Oxşar xəbərlər