13 C
Baku
Friday, November 22, 2024

“İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir”

“İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır”.

Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev fevralın 13-də 1280 MVt gücündə ən böyük İstilik Elektrik Stansiyasının təməlqoyma mərasimində iştirak edən İtaliya Respublikasının şirkətlər və “Made in Italy” naziri Adolfo Ursonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

“Güclü siyasi əlaqələrimiz çox böyük təməldir. Neft-qaz və hazırda elektroenergetika layihələri bu təməli böyük dərəcədə gücləndirdi. Eyni zamanda, biz istəyirik ki, ticarət əlaqələri daha da şaxəli olsun. Bilirsiniz ki, İtaliya-Azərbaycan Universitetinin inşa edilməsi prosesi sürətlə gedir, 5 İtaliya universiteti bizimlə artıq tərəfdaşdır. Eyni zamanda, azad olunmuş torpaqlarda ən çox iş görən şirkətlər Türkiyəni və İtaliyan təmsil edirlər”, – Prezident qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər