Azərbaycan 2024-cü ilin ilk beş ayında xaricə 9.91 mlrd. kub-metr həcmində təbii qaz ixrac edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ixrac edilmiş təbii qazın 42 faizi İtaliyaya satılıb. Təbii qazın hər 1000 kub-metrinin orta ixrac dəyəri 348 dollar olsa da, İtaliya 407 dollardan baha qiymətə alıb.
Keçən ilin eyni dövrü ilə müqayisədə İtaliya təbii qaz alışını 24 faiz artırıb və illərdir əsas alıcı olan Türkiyəni siyahıda geridə qoyub.
Ən ucuz ixrac qiyməti Gürcüstanadır. Gürcüstana təbii qazın hər 1000 kub-metri 171 dollara satılıb.
Azərbaycanın xaricə ixrac etdiyi təbii qazın həcmi, 2024-cü ilin ilk 5 ayı | |||
Cəmi | Miqdar, min kub-m | Dəyər, min dollar | 1000 kub-m orta qiyməti |
9,912.6 | 3,451.1 | 348.2 | |
İtaliya | 4,129.5 | 1,682.9 | 407.5 |
Türkiyə | 4,072.5 | 1,278.0 | 313.8 |
Bolqarıstan | 719.2 | 224.7 | 312.4 |
Gürcüstan | 578.8 | 98.8 | 170.6 |
Yunanıstan | 392.8 | 159.8 | 406.8 |
Serbiya | 19.9 | 6.9 | 349.4 |
Azərbaycanın xaricə ixrac etdiyi təbii qazın həcmi, 2023-cü ilin ilk 5 ayı | |||
Cəmi | Miqdar, min kub-m | Dəyər, min dollar | 1000 kub-m orta qiyməti |
9,362.8 | 7,103.1 | 758.6 | |
İtaliya | 3,319.5 | 4,531.5 | 1365.1 |
Türkiyə | 3,918.2 | 1,541.1 | 393.3 |
Bolqarıstan | 2.1 | 1.9 | 917.3 |
Gürcüstan | 983.3 | 186.5 | 189.6 |
Yunanıstan | 318.5 | 496.8 | 1559.9 |
Serbiya | – | – | |
Rumınya | 184.3 | 171.2 | 929.241 |