33 C
Baku
Monday, July 21, 2025

İtaliya bankından Rusiya bazarını tərk etmək tələb olunub

İtaliyada Latsio İnzibati Məhkəməsi “UniCredit” kredit təşkilatına “Banco PM” bankını öz tərkibinə qatmaq proseduruna başlamağa icazə verib.

Bu barədə “Milano Finanza” nəşri yazır.

Bildirilir ki, bunun üçün kredit təşkilatı Rusiya ərazisində öz fəaliyyətini tam dayandırmalıdır.

Məhkəmə İtaliya hökumətinin Rusiyanı tərk etmə tələbini qanuni sayıb. İndi “UniCredit” bankı yeni hökumət qərarını gözləməlidir.

“UniCredit”in baş direktoru Andrea Orsel bir müddət əvvəl bildirmişdi ki, bank 2022-ci ildən bəri bir neçə dəfə Rusiyanı tərk etməyə cəhd edib, lakin sanksiyalar bu prosesə mane olub.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər