11 C
Baku
Tuesday, November 5, 2024

İtaliya bankları çoxmilyonlu fırıldaqçılıqda ittiham olunurlar

Belə bir vəziyyət düşünün: korrupsiyalaşmış banklar qrupu, korrupsiyalaşmış brokerlərlə sövdələşməyə girir. Daha sonra onlar investorları aldadaraq inandırmağa çalışırlar ki, filan aktiv həm təhlükəsizdir, həm də daha qiymətlidir. Bununla yanaşı, onlar məlumat və kapital axınını nəzarət altında saxlamağa çalışırlar.

2016-cı il qalmaqalı da məhz bu məsələ ilə bağlı olmuşdur.

Banker.az bu haqda Reuters agentliyinə istinad edərək xəbər verir. Qalmaqalın mərkəzində İtaliyanın bir neçə bankı və almaz brokeri tərəfindən yaradılan “almaz karteli” dayanır.

İtaliyanın 5 bankının aktivləri və ü almaz brokeri fırıldaqçılıq və çirkli pulların yuyulmasında ittiham olunaraq həbs olundu. İstintaq mərkəzində olan təşkilatlara qarşı böyük cərimələr tətbiq edilə bilər.

Reuters agentliyinin verdiyi məlumata görə, “İtaliyanın ən böyük bankları və Banca Aletti şirkəti IDB brokeri ilə müqavilə imzalayıblar”. IDB bankların vasitəçiliyi ilə almazların satışı ilə məşğul olub. Bunun müqabilində, broker bütün pulları bankların səhmlərinə yönləndirməli idi.

İtaliyanın qanunvericiliyinə görə, tərəflərdən biri öz mövqeyindən maraqlarına uyğun istifadə etdikdə, bu korrupsiya hesab olunur. IDВ-in səlahiyyətliləri istintaq altındadırlar.

Cəza tədbiri kimi banklara qarşı 161 milyon avroluq cərimə və fəaliyyətin müvəqqəti olaraq dayandırılması tədbirləri görülə bilər.

Qeyd edək ki, İtaliya bankları artıq 1980-cı illərdən başlayaraq brokerlərin adından almaz satışı ilə məşğuldurlar. Son 20 ildə 100 mindən çox insan bu banklardan almaz alıblar.

Milanın prokurorluğu hesab edir ki, “UniCredit” və “banco BPM” də daxil olmaqla brokerlərlə birləşərək müştərilərinə almaz satıblar. Çox vaxt qiymətli daşların qiyməti real bazar dəyərindən 2 qat çox olurdu. Bu sxemlə almaz brokerləri milyonlarla avro qazanc götürüblər.

 

Son xəbərlər
Digər xəbərlər