13 C
Baku
Saturday, November 23, 2024

İtaliya demoqrafik böhran riski ilə üzləşib

2008-ci ildən etibarən İtaliya əhalisinin sayı azalmağa doğru gedir.

Bu ölkə Avropada ən aşağı doğum göstəricisinə malikdir. Hər italiyalı qadın orta hesabla 1,2 uşaq dünyaya gətirir. Əhalinin təbii artımı üçün bu göstərici azı 2 olmalıdır. Vəziyyət indiki kimi davam edərsə, yaxın 50 ildə ölkə əhalisinin sayı 12 milyon nəfər azala bilər. Bu da demoqrafik böhranla nəticələnəcək. Azalma artıq kiçik şəhərlərdə özünü aydın şəkildə göstərir.

Bəzi şirkətlər qadınları həvəsləndirmək üçün uşaq dünyaya gətirənlərə böyük həcmdə maddi yardım və aylıq müavinət təklif etsələr də, italiyalı qadınlar bu təkliflərə çox da ciddi maraq göstərmirlər.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər