29 C
Baku
Thursday, June 30, 2022

İtaliya enerji sektorunda Rusiya əleyhinə sanksiyaları dəstəkləyəcək

İtaliyanın xarici işlər naziri Luici Di Mayo bildirib ki, ölkə enerji sektorunda Rusiyaya qarşı sanksiyaları dəstəkləyəcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“İtaliya Rusiya qazına qarşı sanksiyalara veto qoymayacaq”, – deyə Luici Di Mayo söyləyib.

Bundan əvvəl Di Maio qeyd edib ki, enerji sahəsində Rusiya əleyhinə məhdudiyyətlər bütün Avropa ölkələrinə mənfi təsir göstərir.

Hamburq şəhərinin meri Peter Çençer Rusiyanın enerji resurslarının Almaniyaya tədarükünə mümkün embarqonun tətbiqinə qarşı çıxıb və belə bir qərarın Almaniya iqtisadiyyatına düzəlməz ziyan vuracağını qeyd edib.

Avstriya kansleri Karl Nehammer də Rusiyadan neft və qaz tədarükünə embarqo qoyulmasına qarşı olduğunu bildirib.

Son xəbərlər
Oxşar xəbərlər