10 C
Baku
Sunday, May 19, 2024

İtaliya Fələstinə 10 mln. avro məbləğində yardım ayırıb

İtaliya hökuməti Fələstinə humanitar yardım məqsədi ilə 10 milyon avro məbləğində vəsait ayırıb.

Bu barədə İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani açıqlama verib.

Nazir qeyd edib ki, həmin vəsaitin düzgün istiqamətdə yönləndirilməsi üçün ciddi nəzarət həyata keçiriləcək. Tayaninin sözlərinə əsasən, bu, ötən ilin dekabrında ayrılan analoji məbləğdən sonra ikinci maliyyə paketidir.

Həmçinin əlavə edilib ki, İtaliya hökuməti o vəsaiti BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına, Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Hərəkatı təşkilatına köçürüləcək.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər