10 C
Baku
Friday, December 13, 2024

İtaliya haqqında ən maraqlı faktlar

İtaliya haqqında maraqlı faktları toplayıb bir kitab yazmaq olar.

Biz sizə bu məqalədə İtaliya haqqında sorğu nəticəsində toplanan ən maraqlı faktları təqdim edirik.

1. İtaliyada uşaq evləri yoxdur.
2. İtaliyada kimsəsiz ev heyvanları yoxdur.
3. Siciliya və Kalabriyanın biznesmənlərinin 80%-i mafiyaya xərac verirlər.
4. İtaliyada kişilər öz arvadlarından qorxurlar.

Sübut olunmağa ehtiyacı olmayan faktlar.

  •  «İtaliyanın» adı yunan sözü italiosdan (buzov) əmələ gəlib.
  • Siciliya adasında yerləşən Sirakuza şəhəri bir zamanlar ən böyük yunan şəhəri olmuşdur.
  • İtaliya turistlərin ziyarət sayına görə dünyada dördüncü yerdədir. Hər il bura 40 milyondan çox turist gəlir.

dshshakakd

Elm və mədəniyyət

Ölkənin ən qədim universiteti Boloniya universitetidir. O, 1088-ci ildə yaradılmışdır.

  • Dünyanın ən qədim bankı Monte di Siyena İtaliyada yerləşir. O, 1472-ci ildə təsis olunmuşdu.
  • Mexaniki saatlar, barometr, termometr, şüşə və telefon İtaliyalılar tərəfindən icad olunmuşdu.
  • Dünyanın ilk kinematoqraf festivalı 1932-ci ildən etibarən İtaliyada keçirilir.

Ev heyvanları

  • Romalılar pişiklərə qarşı həssas yanaşırlar. Pişiyi öldürmüş şəxs 10 000 avro cərimə və 3 ilə qədər həbs cəzası ilə cəzalandırılır. Romada 300 minə qədər pişik var.

İtaliya şəhərləri

  • Əhali sayına görə İtaliyanın ən böyük şəhəri Romadır.
  • Əhalinin sayına görə ən kiçik yaşayış məntəqəsi Monteronedir.

bfghf

Pizza, spagetti və s.

  • İlk pizza satılan yerin adı Antica Pizzeria Port’Alba olmuşdu. O, 1830-cu ildə Neapolda açılmışdı.
  • İtaliyada 140 növdən çox spagetti var. Orta hesabla bir İtaliyalı ildə 25 kiloqram spagetti istifadə edir.
  • İtaliyalılar ən məşhur şirin deserti – tiramisu – XVII əsrdə yaradılmışdır. Məcazi mənada tira mi su sözləri “məni xoşbəxt edir” deməkdir.
  • İtaliyalıların qəhvə növü Avropada çox məşhurdur. O, espresso adlanır. Bu sözün həqiqi mənası «bu anda, sizin üçün hazırlanmış» deməkdir.
Son xəbərlər
Digər xəbərlər