İtaliyanın yeni hökuməti qaz və işığın normallaşdırılmış istehlakını tətbiq etməyə məcbur olacaq.
Bu barədə Şimal Liqası Partiyasının lideri Matteo Salvini jurnalistlərə bildirib.
O, mavi yanacağın qiymətinin dəyişmədiyi təqdirdə bu tədbirlərə əl atmalı olacaqlarını vurğulayıb.
“Qiymətlər düşməsə, növbəti hökumət müəssisələrdən başlayaraq, elektrik enerjisi və qazın istehlakını normallaşdırmalı olacaq”, – siyasətçi deyib.
Xatırladaq ki, Avropada hərrac zamanı qazın qiyməti martın 7-dən indiyədək ilk dəfə olaraq 1 000 kubmetr üçün 3 500 ABŞ dollarını ötüb.