İtaliya hökuməti köçürmə proqramı çərçivəsində Sardiniya kurort adasının az məskunlaşdığı ərazilərə köçənlərə 15 min avro ödəyəcək. Kütləvi informasiya vasitələrinin məlumatına görə, yaşayış məntəqəsində 3 mindən çox insan olmamalıdır.
Banker.az bu barədə “Secretmag”a istinadən xəbər verir.
Gənclər böyük şəhərlərdə toplaşmağa üstünlük verirlər və kiçik qəsəbələr insan axını olmadığı üçün tədricən “ölürlər”.
Vətəndaşların subsidiyadan sui-istifadə etmələri və Sardiniyada bağ evləri alaraq fırıldaqçılığa cəhd etməmələri üçün yerli hakimiyyət orqanları bir neçə şərt qoyub. Bölgənin yeni sakini adada daimi yaşamalı və mənzil satın alındığı və ya tikildiyi tarixdən 18 ay ərzində yerli hakimiyyət orqanlarında qeydiyyatdan keçməlidir.
Sardiniya – 1800 kilometrdən çox sahil xətti ilə məşhur olan İtaliya kurortudur. Ada ağ qumu ilə tanınır, 2017-ci ildən yerli hakimiyyət onun satışını qadağan edib. Adada həmçinin çoxlu memarlıq tarixi abidələri var – Finikiya nekropolları, Roma amfiteatrları və s.