İtaliya iqlim dəyişikliyi ilə bağlı yaradılmış fonda 100 mln. avro verəcək

İtaliya yoxsul ölkələrə iqlim dəyişikliyi səbəbilə itki və zərərin öhdəsindən gəlmək üçün yeni yaradılan fonda (BƏƏ-nin təşəbbüsü ilə yaradılmış fond – red.) 100 milyon avro (108,91 milyon dollar) verəcək.

Bu barədə İtaliya Baş naziri Giorgia Meloni Dubayda keçirilən BMT İqlim Dəyişikliyi Konfransı çərçivəsində keçirilən müzakirədə deyib.

“Biz COP28-in məqsədlərinə nail olmaq üçün 100 milyon avronu yeni yaradılmış fonda töhfə veririk”, – o bildirib.

İtaliya Baş naziri qeyd edib ki, dünya ərzaq təhlükəsizliyi onun xarici siyasət prioritetləri arasındadır və Roma Afrikaya səmərəli qida istehsalı sistemini inkişaf etdirməyə kömək etmək istəyir.

Son xəbərlər
Digər xəbərlər