27 C
Baku
Saturday, July 27, 2024

İtaliya koronavirusla mübarizəyə 7,5 milyard avro ayıracaq

İtaliya rəhbərliyi COVID-19 koronavirus epidemiyası ilə mübarizəyə 7,5 milyard avro (8,4 milyard dollar) vəsait ayıracaq.

Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.

Ölkənin baş naziri Cüzeppe Kontenin vurğuladığı kimi, İtaliyanın təcili dəstək tədbirlərinə ehtiyacı var.

Maliyyə naziri Roberto Gualtyerin sözlərinə görə, hökumət gələn həftə təşviq paketi qədim etməyi planlaşdırır. Bu paketə epidemiyadan zərər çəkən bir sıra şirkətlərə kredit ödənişlərini dayandırmağa imkan verən, habelə sağlamlıq və təcili yardım xidmətlərinə xərclənəcək vəsait daxil olacaq.

Gualtyeri İtaliyanın büdcə kəsirinin 6,35 milyard avro təşkil etdiyini vurğulayıb.

Xatırladaq ki, İtaliyada koronavirus epidemiyasına bu günə kimi 3858 nəfər yoluxub.

Son xəbərlər
Digər xəbərlər