İtaliya ölkədə koronavirusun kəskin yayılması səbəbindən sərt məhdudiyyətlər tətbiq edib

İtaliyada son günlərdə koronavirusa yoluxanların sayı kəskin artıb, iki nəfər dünyasını dəyişib. Bu, ölkə hakimiyyətin Milan və Venesiya yaxınlığındakı bəzi ərazilərə giriş və çıxın qadağan edilməsi, məktəblərin fəaliyyətinin dayandırılması və futbol maçların təxirə salınması kimi tədbirlərə əl atmağa məcbur edib.

Banker.az xəbər verir ki, bu haqda BBC məlumat verib.

Qeyd edildiyi kimi, məhdudiyyətlər bir neçə həftə ərzində qüvvədə olacaq, dəqiq tarixlər açıqlanmır.

Hər şeydən əlavə olaraq, hökumət bəzi biznes növlərinin fəaliyyətini dayandırmaq qərarını verib. Bildirilir ki, İtaliya Şengen zonası daxilində sərhəd rejiminin dayandırılmasını tələb etməyəcək.

Xatırladaq ki, koronavirus epidemiyasına görə dünyaca məşhur olan modelyer Corco Armani, nümayişi qapalı keçirmək qərarına gəlib. Canlı translyasiya Armani saytında aparılacaq, bu haqda brend öz “Twitter” səhifəsində yazıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

24 saat işləyən filiallar24 saat işləyən exchangelərŞənbə günü işləyən bank filialları