8 C
Baku
Thursday, March 28, 2024

İtaliya parlamenti Ukraynaya silah tədarükü haqqında qərarı təsdiqləyib

İtaliya parlamentinin aşağı palatası (Deputatlar Palatası) hökumətin 2023-cü ildə Kiyevə silah göndərilməsi ilə bağlı bu günlərdə qəbul etdiyi qərarı dəstəkləyib.

Bu barədə TASS məlumat yayıb.

215 deputat qərarın lehinə, 46 deputat isə əleyhinə səs verib. Onların arasında əsasən hazırda müxalifətdə olan 5 Ulduz Hərəkatı partiyasının nümayəndələri çoxluq təşkil edir.

Bu günlərdə İtaliya hökumətinin Ukraynaya altıncı hərbi yardım paketini qəbul edəcəyi məlum olub.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər