29 C
Baku
Thursday, July 18, 2024

İtaliya qaz anbarlarının 90%-ni vaxtından əvvəl doldurub

İtaliya qaz anbarlarının 90%-ni vaxtından əvvəl doldurub.

Bu barədə ölkənin ekoloji keçid məsələləri üzrə nazirlik məlumat yayıb.

İtaliyanın ekoloji keçid məsələləri üzrə naziri Roberto Cinqolaninin sözlərinə görə, qeyd olunan nəticə daha da iddialı bir məqsəd qoymağa imkan verir – anbarların dolululuq səviyyəsini 92-93%-ə çatdırmaqd. Bu da, öz növbəsində, qışda istehlakın pik həddə çatması halında daha çox çevikliyi təmin etmək üçün imkan yaradacaq.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Azərbaycandan Avropaya Trans-Adriatik kəməri vasitəsilə qazın ixracına başlanılıb. Bu istiqamət üzrə nəql edilən Azərbaycan qazının böyük hissəsi İtaliyaya tədarük olunur.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər