28 C
Baku
Saturday, July 27, 2024

İtaliya rus oliqarxın 105 milyonluq mülkünü müsadirə etdi

İtaliya hakimiyyəti rusiyalı milyarder Aleksey Mordaşovun daşınmaz əmlakını müsadirə edib.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Qeyd olunur ki, İtaliya hüquq-mühafizə orqanları rusiyalı milyonçunun Sardiniyanın Olbiya şəhərindəki daşınmaz əmlak yaşayış kompleksini ələ keçirib. Mülk təxminən 105 milyon avro dəyərində qiymətləndirilir.

Qeyd edək ki, iş adamı Aleksey Mordaşov “Severstal” şirkətinin direktorlar şurasının rəhbəri və baş icraçı direktoru, “Severgroup”un baş direktoru, “PJSC Power Machines” Direktorlar Şurasının rəhbəri, “Nord Gold NV” Direktorlar Şurasının üzvü və İdarə Heyətinin sədridir. Bundan əlavə, o, Almaniyanın “TUI Group” turizm şirkətinin 32%-nə sahibdir.

Mordaşov milyonlarını Rusiyanın polad istehsalçısı “Severstal”da qazanıb. Onun bütün ailəsinin aktivlərini nəzərə alan “Forbes” hesab edir ki, Mordaşovun sərvəti sanksiyalar tətbiq olunana qədər 29,1 milyard dollar dəyərində qiymətləndirilib və bu, onu Rusiyanın ən varlı adamı edib.

Xatırladaq ki, Aleksey Mordaşov Ukraynadakı müharibəyə görə Aİ-nin sanksiyalar siyahısına daxil edilib. Martın 5-də İtaliya hakimiyyəti onun 65 milyon avro dəyərində olan “Lady M” yaxtasını da müsadirə etmişdi

 

 

Son xəbərlər
Digər xəbərlər