8 C
Baku
Sunday, November 17, 2024

İtaliya rusiyalı oliqarxların aktivlərini dondurdu

İtaliya hakimiyyəti sanksiyalara məruz qalmış rusiyalı sahibkarların ümumilikdə 800 milyon avrodan çox aktivlərini dondurub.

Bu barədə ölkənin Baş naziri Mario Draqi bildirib.

“Biz İtaliyada Avropa İttifaqının siyahılarına düşmüş oliqarxların 800 milyon avrodan çox əmlakını dondurmuşuq”, – o milli parlamentin deputatlar palatasında çıxışı zamanı deyib.

Draqi qeyd edib ki, Avropa İttifaqı və NATO yaranmış vəziyyətdə sanksiyaların tətbiq edilməsində birlik göstərdi. Onun sözlərinə görə, məhdudiyyətlər Rusiya hakimiyyətinin Ukraynadakı hərbi əməliyyatlarını dayandırmağa yönəlib.

Son xəbərlər
Digər xəbərlər