13 C
Baku
Friday, November 22, 2024

İtaliya Rusiyanın “Qazprom” şirkətini məhkəməyə verdi

İtaliyanın enerji şirkəti “Eni SpA”, Ukraynaya hərbi təcavüzdən sonra Rusiyanın İtaliyaya qaz nəqlini dayandırması ilə əlaqədar Rusiyanın “Qazprom”” şirkətinə qarşı arbitraj prosesinə başlayıb.

Bu barədə şirkətin baş direktoru Klaudio Dekalzi bildirib.

Onun sözlərinə görə, 2022-ci ilin iyununda “Qazprom” tədarükünü yenidən azaltmağa başlasa da, aprelin 29-na Rusiyadan İtaliyaya qaz axını demək olar ki, sıfıra düşüb.

İtalyan şirkəti Əlcəzair, Misir, Mozambik, Konqo və Qətər kimi hasil edən ölkələrlə əlaqələrdən istifadə edərək 2025-ci ilə qədər Rusiya qazının həcmini tamamilə əvəz etməyi hədəfləyir.

Qeyd edək ki, İtaliya Ukraynada müharibədən əvvəl qazının təxminən 40%-ni Rusiyadan idxal edirdi.

Son xəbərlər
Digər xəbərlər