11 C
Baku
Monday, November 25, 2024

İtaliya ruslara və belaruslara “qızıl viza”ların verilməsini dayandırıb

İtaliya Rusiya və Belarus vətəndaşlarına “qızıl viza”ların verilməsini dayandırıb, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.

Qeyd edək ki, “Investor Visa for Italy” təşəbbüsü 2017-ci ildə işə düşüb. O, iki il ölkədə qalmaq və vergi güzəştləri almaq, İtaliyada beş il yaşadıqdan sonra daimi yaşayı icazəsi, daha beş il sonra isə vətəndaşlıq üçün müraciət etmək hüququ verir.

Viza almaq üçün qeyri-Avropa ölkəsinin vətəndaşı meyarlardan birinə cavab verməlidir: yerli innovativ startapa 250 000 avro, İtaliya məhdud məsuliyyətli şirkətinə 500 000 avro, sosial layihəyə 1 milyon avro sərmayə qoymalıdır.

Ruslar 2021-ci ildə 5, 2022-ci ildə isə 32 viza alıblar. Müqayisə üçün: amerikalılara və ingilislərə hər birinə 12 viza, digər dövlətlərin nümayəndələrinə isə cəmi 23 icazə verilib.

Son xəbərlər
Digər xəbərlər