İtaliyanın Ankaradakı səfiri Corcio Marrapodi Romada keçirilən PKK nümayişi ilə əlaqədar Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-də səfirə Türkiyə tərəfinin etirazı çatdırılıb.
Görüşdə PKK təbliğatının ictimai sahəyə sıçraması, QHT adı altında fəaliyyət göstərməsi, terrorçuların liderinə İtaliya bələdiyyələri tərəfindən fəxri vətəndaşlıq verilməsindən yaranan narahatlıq ifadə olunub.
Bundan əlavə, terror təşkilatı və onun havadarlarının bu cür əməllərinin qarşısının alınması tələb edilib.