10 C
Baku
Wednesday, December 11, 2024

İtaliya şirkətlərindən Azərbaycanda polad istehsalına maraq

İtaliyadan olan iş adamları Azərbaycanda polad istehsalında iştirak etməkdə maraqlıdırlar.

Bu barədə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevlə görüşü zamanı bildirib. Ölkələr arasında əməkdaşlığın enerji, ticarət, qarşılıqlı investisiya qoyuluşu, mədəniyyət, turizm və digər sahələrdə daha da inkişaf etdirilməsinin önəmini qeyd edən səfir Azərbaycanda investisiya yatırmaqda maraqlı olan İtaliya şirkətlərinin olduğunu qeyd edib.

person iron heavy

A.Massari qarşılıqlı fəaliyyətin daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi üçün geniş imkanlar olduğunu vurğulayıb.
Görüşdə qeyd olunub ki, gələcəkdə iki ölkə arasında qeyri-neft sektorunun müxtəlif sahələrində əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Yaxın müddətdə Azərbaycan və İtaliya iş adamları birgə kiçik və orta sahibkarlığın inkişafı istiqamətində layihələr icra edərsə, bu, Azərbaycanda özəl sektorun inkişafına müsbət təsir göstərər.

Görüşdə qeyri-neft sektorunun müxtəlif sahələrində sərmayə qoyuluşu və əməkdaşlıqla bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər