İtaliya süni intellekt haqqında qanun qəbul edən ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub. Qanuna əsasən, süni intellekt, kibertəhlükəsizlik və telekommunikasiya sahəsində fəaliyyət göstərən şirkətləri dəstəkləmək üçün dövlət fondundan 1 milyard avroya qədər vəsait ayrılacaq. 14 yaşdan kiçik uşaqların süni intellektdən istifadə etməsi üçün valideyn razılığı tələb olunacaq.
Eyni zamanda, süni intellekt vasitəsilə yaradılan və ya emal olunan zərərli kontentin qanunsuz yayılmasına görə istifadəçilər 5 ilədək həbs cəzası ala bilərlər. Texnologiyalardan dələduzluq və şəxsi məlumatların oğurluğu üçün istifadə də cəzalandırılacaq.
Bundan əlavə, hökumət texnologiyaların iş yerlərində — səhiyyədə, təhsildə, idmanda tətbiqini nəzarətdə saxlayacaq.