12 C
Baku
Sunday, November 17, 2024

İtaliya təbii qaz tədarükünün kəsilməsinə qarşı tədbirlər görməyə hazırlaşır

Rusiyanın təbii qaz nəqlini kəsəcəyi təqdirdə İtaliya bu qış fəslində fövqəladə tədbirlər planı çərçivəsində enerjiyə qənaət üçün sənaye istehsalını 30 gün müddətinə dayandıra bilər.

İtaliyanın ekoloji transformasiya naziri Roberto Cinqolani bu tədbirlər planını Avropa İttifaqının yaxın aylarda təbii qaz istehlakını 15 faiz azaltmaqla bağlı planını müzakirə edərkən təklif edib.

Plan iki ssenari üzrə nəzərdə tutulub. Birinci halda, noyabrın 1-dən etibarən Rusiya qazının tamamilə kəsilməsi gözlənilir. Müvafiq olaraq, sənaye sektorlarında istehlakın məcburi şəkildə azaldılması və istehsalın 30 gün müddətinə dayandırılması planlaşdırılır.

İkinci ssenaridə isə qaz təchizatı yanvarın 1-də dayandırılır. Baha başa gəlsə də, bu ssenaridə sənaye istehsalının tamamilə dayandırılması nəzərdə tutulmur.

Qeyd edək ki, İtaliya enerji təchizatı xərclərinə görə rekord inflyasiya ilə mübarizə aparır.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər