10 C
Baku
Friday, December 13, 2024

İtaliya tənzimləyicisi “Google” və “Apple”ı $11.2 mln. cərimələyib

İtaliyanın antiinhisar tənzimləyicisi “Google” və “Apple”ı cərimə edib.

Banker.az xəbər verir ki, məlumata görə, cərimənin məbləği 11.2 milyon dollar təşkil edir. Tənzimləyicinin iddiası şirkətlərin istifadəçi məlumatlarının kommersiya məqsədilə toplanması ilə əlaqəli olub.

Amerika şirkətləri tənzimləyicinin qərarı ilə razılaşmayıblar və apelyasiya şikayəti vermək niyyətində olduqlarını vurğulayıblar.

“Biz bütün istifadəçilərə hansı məlumatı təqdim edəcəyi və ondan necə istifadə ediləcəyini seçmək üçün şəffaflıq və nəzarət təmin edirik”, – deyə “Apple”ın açıqlamasında deyilir.

“Google” istifadəçilərə ehtiyac duyduqları xidmətləri təqdim etmək üçün həmişə dürüst və şəffaf üsullara əməl etdiyini söyləyib.

 

Son xəbərlər
Digər xəbərlər