İtaliya iyunun 1-dən ölkəyə gələn səyahətçilər üçün bütün sanitariya protokollarını ləğv edir.
Bu barədə ATOR məlumat yayıb.
Səlahiyyətlilər turistlərin peyvənd olunub-olunmadığını, COVID-19-dan sağalıb-sağalmadığını yoxlamayacaq, eləcə də mənfi nəticəli PZR testi tələb etməyəcək.
İtaliya Səhiyyə Nazirliyinin açıqlamasında bildirilir ki, İtaliyaya giriş üçün “GreenPass” (“Yaşıl sertifikat”) verilməsini nəzərdə tutan və mayın 31-də başa çatacaq sərəncamın müddəti uzadılmayacaq.