İtaliya hökuməti tərəfindən bu ölkəyə sığınan ukraynalı qaçqınlara maliyyə dəstəyi göstəriləcək.
İtaliya Daxili İşlər Nazirliyinin məlumatına görə, hər bir Ukrayna vətəndaşına aylıq 300 avro, yetkinlik yaşına çatmayanlara isə 150 avro maliyyə yardımı veriləcək.
Maliyyə dəstəyi sentyabrın 30-dək olan dövrü əhatə edəcək. Maliyyə yardımını almaq üçün Mülki Müdafiə Departamentinin saytında bölmə yaradılıb və onlayn formada müraciət tələb olunur.
Qeyd edək ki, İtaliyaya indiyədək 105 min 417 Ukrayna vətəndaşı gəlib. Onlardan 54 min 592-si qadın, 13 min 617-si kişi və 37 min 208-i azyaşlıdır.