6 C
Baku
Sunday, January 29, 2023

İtaliya Ukraynanın elektrik şəbəkəsinin bərpasında iştirak etmək niyyətindədir

İtaliya Ukraynanın elektrik enerjisi şəbəkəsinin işlək vəziyyətdə saxlanılması üçün lazımi texnoloji dəstəyi göstərməyə hazırdır.

Bu sözləri İtaliyanın Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani deyib.

“Bu çətin mövsümdə Ukraynaya kömək etməliyik. İtaliya Ukraynanın elektrik enerjisi şəbəkəsini işlək vəziyyətdə saxlamaq üçün öz şirkətləri vasitəsilə lazımi texnoloji dəstəyi göstərmək də daxil olmaqla, üzərinə düşəni etməyə hazırdır”, – deyə A.Tayani bildirib.

Ukraynaya silah yardımı ilə bağlı İtaliya parlamentinin artıq qəbul etdiyi qərarın olduğunu xatırladan Baş nazirin müavini digər qərarların da parlament tərəfindən veriləcəyini qeyd edib. Bildirib ki, hakim partiyalar İtaliyada Ukraynanın hüquqlarını dəstəkləyən hökumətin olduğunu göstərən vahid müraciət qəbul edəcəklər.

O, sülh üçün danışıqların vacibliyini qeyd edib, hazırkı vəziyyətdə danışıqlar masasına oturmağın isə çətin olduğunu vurğulayıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər
X