13 C
Baku
Saturday, May 18, 2024

İtaliya Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyib

İtaliya hökuməti Ukraynaya 6-cı hərbi yardım paketini təsdiqləyib.

Bunu İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani “La Repubblica” nəşrinə müsahibəsində bildirib.

“İtaliya Ukraynaya növbəti, altıncı hərbi yardım paketini təsdiqləyib, yeniləri hələ hazırlanmır. İtaliya parlamenti yardımın çatdırılmasına razılıq verib. Mən və müdafiə naziri Quido Krosetto bu məsələni Parlamentin təhlükəsizlik üzrə xüsusi komitəsinin (Copasir) iclasında ətraflı şəkildə müzakirə etdik”, – Tayani əlavə edib.

Tayaninin sözlərinə görə, İtaliya hazırda Fransa ilə birlikdə “ASTER 30 SAMP/T” hava hücumundan müdafiə (HHM) sistemlərini tez bir zamanda Ukraynaya göndərmək üzərində çalışır.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər