İtaliyanın Ukraynaya yeni hərbi yardım paketində hava hücümundan müdafiə üçün silahlar da yer alacaq.
Bunu İtaliyanın müdafiə naziri Qvido Krosetto CNN telekanalına açıqlamasında deyib. O, İtaliyanın Ukraynanın müdafiəsini gücləndirmək üçün silah tələblərini yerinə yetirməyə sadiq olduğunu, lakin hər hansı təfərrüat verməkdən imtina etdiyini bildirib.
Krosettonun sözlərinə görə, Ukraynaya hava hücumundan müdafiə vasitələrinin tədarükü ilə bağlı istənilən qərar Parislə birgə qəbul ediləcək.
İtaliya Müdafiə Nazirliyinin mətbuat xidməti bildirir ki, hökumət hazırda Ukraynaya hərbi dəstək üzrə altıncı paket üzərində işləyir.