9 C
Baku
Thursday, December 12, 2024

İtaliya Usmanovun 66 milyon avro dəyərində aktivlərini dondurub

İtaliya Maliyyə Qvardiyası Avropa İttifaqı sanksiyalarına məruz qalan rusiyalı sahibkar Əlişir Usmanovun ümumi dəyəri 66 milyon avro olan aktivlərinə aid 6 şirkəti dondurub.

Bu barədə RİA Novosti-yə Maliyyə Qvardiyasındakı mənbələr bildirib.

Qeyd olunub ki, təkcə 17 milyon dəyərində daşınmaz əmlaka həbs qoyulub.

Bundan əvvəl İtaliya iş adamı Petr Avenin Sardiniyadakı daşınmaz əmlakının payına həbs qoyub. Ukraynada vəziyyətin gərginləşməsi ilə əlaqədar Aİ-nin sanksiyalarına məruz qalan rusiyalı iş adamı Sassari əyalətində yerləşən əmlakın üçdə birinə sahibdir. Bu payın dörd milyon avro olduğu təxmin edilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər