4 C
Baku
Sunday, December 4, 2022

İtaliya və Britaniya şirkətləri Liviya ilə qaz yataqlarının işlənməsinə dair razılığa gəliblər

İtaliyanın “Eni” və Böyük Britaniyanın BP şirkətləri Liviya hakimiyyəti ilə ölkədə dəniz qaz yataqlarının işlənməsinə dair razılığa gəliblər.

Bu barədə Liviya Milli Neft Korporasiyasının (NOC) rəhbəri Fərhat Benqdara bildirib.

“Biz bütün rəsmiləşdirmələri tamamladıq və Aralıq dənizində “C” bölgəsində BP və “Eni” ilə qazma işlərinə başlamağa razılaşdıq. Biz orada böyük həcmdə qaz gözləyirik, söhbət on trilyonlarla kubmetrdən gedir”, – Fərhat Benqdara qeyd edib.

Korporasiya rəhbəri vurğulayıb ki, Liviyanın qaz hasilatı və ixracı sahəsində mühüm potensialı var. O qeyd edib ki, Aralıq dənizindəki yataqların geoloji quruluşu Misirin “Zohr” yatağına bənzəyir, lakin Liviya yataqlarının ərazisi xeyli böyükdür.

Fərhat Benqdara onu da əlavə edib ki, Liviya bu il neft-qaz sektorundan 35-37 mlrd.dollar gəlir əldə etməyi gözləyir, bu isə 2013-cü ildən bəri ilk dəfə rekord göstəricidir.

Son xəbərlər
Digər xəbərlər
X