1 C
Baku
Saturday, December 14, 2024

İtaliya XİN başçısı: “Aİ İrana qarşı dördüncü sanksiyalar paketi hazırlayır”

“Avropa İttifaqı (Aİ) İrana qarşı hökumət əleyhinə etirazlarla əlaqədar dördüncü sanksiyalar paketini hazırlayır”.

Bunu İtaliyanın xarici işlər naziri Antonio Tajani ölkə parlamentinin hər iki palatasının beynəlxalq məsələlər üzrə komissiyalarının birgə iclasında bildirib.

O, İranı edam hökmlərinin icrasını dərhal dayandırmağa çağırıb.

Qeyd edək ki, İtaliya Prezidenti Sercio Mattarella daha əvvəl İranın ölkəsinə yeni təyin olunan səfiri Məhəmməd Rza Saburiyə etirazçılara qarşı repressiyalara, edam cəzasına görə etirazını çatdırmışdı.

Xatırladaq ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Aİ-nin İrana qarşı yeni sanksiyalar tətbiq edəcəyi barədə məlumat vermişdi.

Son xəbərlər
Digər xəbərlər