23 C
Baku
Wednesday, July 9, 2025

İtaliyada 60 yaşdan yuxarı insanlara “Vaxzevria” peyvəndin 2-ci dozasının tətbiqi təsdiqlənib

İtalyan Dərman Agentliyi 60 yaşdan yuxarı insanlara koronavirusa qarşı peyvəndin tətbiq edilməsini təsdiqləyib.

Bu barədə “Rai News 24” telekanalı məlumat yayıb.

Bildirilib ki, Britaniya-İsveç şirkəti olan “AstraZeneca”nın “Vaxzevria” peyvəndinin ilk dozasını alan sözügedən yaş qruplarına ikinci doza olaraq sintetik ribonüklein turşusu əsasında məhlul vurulacaq.

Qeyd edək ki, iyunun 11-də İtaliya hökuməti “AstraZeneca” peyvəndinin 60 yaşdan aşağı insanlara tətbiqi ilə bağlı qərar vermişdi.

Bu günə qədər İtaliyada 12 yaşdan yuxarı insanların 69 %-dən çoxuna 76.8 milyondan çox koronavirusa qarşı peyvənd vurulub.

 

 

Son xəbərlər
Digər xəbərlər