İtaliyada açıq havada maskadan istifadə məcburiyyəti ləğv edilir.
Yalnız insanların sıx toplaşdığı yerlər istisnalıq təşkil edir.
Hökumətin qərarı fevralın 11-dən qüvvəyə minəcək. Qapalı məkanlarda isə martın 31-dək qoruyucu maskalardan istifadə məcburi olacaq. İtaliyada pandemiya ilə əlaqədar fövqəladə vəziyyət rejimi məhz bu tarixdə başa çatacaq.