Avqustda İtaliyada enerji inflyasiyası (qaz və elektrik enerjisinə olan qiymətlər üzrə artım – red.) 76.4% təşkil edib.
Bu barədə İtaliyanın Kiçik və Orta Sahibkarlar Assosiasiyasının hesablamalarında bildirilir.
Məlumata görə, müqayisə üçün qeyd olunan göstərici avrozonada orta hesabla 51.9%, Avropa İttifaqının 27-i ölkəsində isə 48.8% olub.
Bununla yanaşı, qeyd olunur ki, ötən ay Fransada qaz və elektrik enerjisinin qiymətləri 23.8%, Almaniyada 46%, İspaniyada isə 54.3% artıb.
Assosiasiya xatırladır ki, iyulda İtaliyada enerji inflyasiyası 59.1% təşkil edib.
Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Azərbaycandan Avropaya Trans-Adriatik kəməri vasitəsilə qazın ixracına başlanılıb. Bu istiqamət üzrə nəql edilən Azərbaycan qazının böyük hissəsi İtaliyaya tədarük olunur.