17 C
Baku
Cümə, May 20, 2022

İtaliyada bir çox kiçik və orta müəssisələr bağlana bilər

İtaliyada bir çox kiçik və orta müəssisə təbii qazın və digər xammalın qiymətlərinin əhəmiyyətli dərəcədə artması səbəbindən bağlanma təhlükəsi ilə üzləşir.

Bu barədə kiçik və orta müəssisələrin milli assosiasiyasının rəhbəri, İtaliya sənayesinin ümumi konfederasiyasının vitse-prezidenti Covanni Baroni bildirib.

“Daha həssas olan kiçik və orta müəssisələr üçün iri şirkətlərdən fərqli olaraq, hətta bir həftəlik dayanma da daimi bağlanma ilə nəticələnə bilər. Ona görə də böyük narahatlıqlar var”, – C. Baroni qeyd edib.

Bununla əlaqədar, C. Baroni Avropa və İtaliya səviyyəsində qazın qiymətinin yuxarı həddinin müəyyən edilməsi məsələsini tezliklə nəzərdən keçirməyə, onu real qiymətə və müqavilələrin faktiki müddətinə uyğunlaşdırmağa çağırıb.

 

 

Son xəbərlər
Oxşar xəbərlər