10 C
Baku
Friday, October 25, 2024

İtaliyada bir gündə koronavirusdan ölənlərin sayı rekord həddə çatdı

İtaliyada sutka ərzində koronavirusdan ölənlərin sayı 368 nəfər təşkil edib.

Bu barədə İtaliyanın Mülki Müdafiə Xidmətinin rəhbəri Ancelo Borrelli deyib. Onun sözlərinə görə, 369 nəfər isə sağalıb. Beləliklə, virusdan sağalanların sayı 2335 nəfər olub.

Ölüm faktı 1809, yoluxma faktı isə 24,7 min nəfər təşkil edir.

Ən çox yoluxanlar Lombardiya əyalətindədir. Belə ki, burada sutka ərzində 252 nəfər ölüb, 1000 nəfər isə virusa yoluxub.

©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər