İtaliyada bir turist dondurmanın qiymətinə görə polis çağırdı

0

İtaliyan polisi qeyri-adi bir hadisə ilə üzləşməli olub. Tayvanlı bir turist, yediyi dondurmanın qiyməti çox yüksək olduğuna görə, hüquq mühafizə nümayəndələrinə müraciət edib. Banker.az xəbər verir ki, bu haqda The Times xəbər verir.

Florensiyada (İtaliya) tayvanlı bir turist xoşagəlməz bir hadisə ilə üzləşib. Həmin şəxs, kafelərin birində dondurma aldıqdan sonra məlum oldu ki, bu dondurmanın qiyməti 25 avro ( ~50 AZN) təşkil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

İlk olaraq bu turist hesabı ödəməkdən imtina edib, lakin sonra kafe əməkdaşları qalmaqal yaradaraq ona bildiriblər ki, dadlı dondurmanın qiyməti yüksək olmalıdır.

Turisti müşayiət edən bələdçi, problemi həll etmək məqsədi ilə polis çağırıb. Hadisənin baş verdiyi müəssisəyə gələn polis əməkdaşları, bu təşkilata qarşı  cərimə cəzasını tətbiq ediblər. Məlum olmuşdur ki, turistlərin qabaqcadan qiymətlərdən xəbəri olmasın deyə, qiymətlər bilərəkdən vitrindən gizlədilmişdir.

Nəticədə, bu müəssisə 2 min avro məbləğində cərimə ödəməli olub. Polis əməkdaşları qeyd edirlər ki, bu cür hiyləgərlik İtaliyada çox geniş yayılmışdır.