28 C
Baku
Friday, July 19, 2024

İtaliyada elektrik enerjisi qiymətləri 59 faiz artacaq

İtaliyada cari ilin son rübündə elektrik enerjisi qiymətlərinin 59 faiz artacağı bildirilib.

İtaliyanın elektrik enerjisi və xidmət tariflərinə nəzarət təşkilatı ARERA-nın məlumatına görə, hökumət və təşkilatın müdaxilələrinə baxmayaraq, enerji qiymətlərindəki artımı məhdudlaşdırmaq mümkün olmayıb. Belə ki, 2022-ci ilin dördüncü rübündə bir ailə üçün elektrik enerjisinin qiymət artımı 59 faiz təşkil edəcək. Sözügedən müdaxilələr olmasa idi, qiymət artımı 100 faiz təşkil edəcəkdi.

ARERA-dan bildirilib ki, 2021-ci ildə bir ev təsərrüfatı üçün təxminən 632 avro təşkil edən elektrik enerjisi xərcləri bu il 1322 avroya çatacaq.

Ekspertlər italyanların indiyədək görünməmiş enerji ödənişləri ilə üzləşəcəklərini qeyd edirlər.

İtaliya liderləri enerji böhranına Avropa səviyyəsində təcili birgə reaksiya verməyə çağırıblar.

Qeyd edək ki, Rusiya-Ukrayna böhranı Avropa ölkələrində enerji xərclərinin artmasına səbəb olmaqda davam edir.

İtaliyada Mario Draqinin rəhbərlik etdiyi geniş koalisiya hökumət enerji xərclərinin artımını məhdudlaşdırmaq üçün bu il 60 milyard avroyadək vəsait ayırıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər