12 C
Baku
Saturday, November 23, 2024

İtaliyada elektrik enerjisi son 1 ildə 70 %-dən çox, qaz isə 66 % bahalaşıb

Son 1 ildə İtaliyada elektrik enerjisi 73,5%, təbii qaz isə 66,3% bahalaşıb.

Banker.az xəbər verir ki, bu, “Assoutenti” Milli İstehlakçılar Birliyinin araşdırması nəticəsində məlum olub.

Araşdırma zamanı bu və ötən ilin may ayında əsas əmtəə və xidmətlərin tarifləri (qiymətləri) müqayisə edilib. Artım təkcə enerji daşıyıcıları ilə bağlı deyil. Ən çox beynəlxalq istiqamətlərə aviabiletlər bahalaşıb — 103,3%. İtaliya daxilində uçuşlar isə 21,4% bahalaşıb.

Ərzaq məhsullarından bitki və kərə yağı rekord qiymət artımı göstərib – müvafiq olaraq 70,2% və 22,6%. Bundan əlavə, unun da qiyməti artıb – 18,6%.

“İtaliyada qiymətlərlə bağlı vəziyyət sözün həqiqi mənasında nəzarətdən çıxıb və belə yüksək inflyasiya görmək üçün 36 il geriyə qayıtmaq lazımdır”, – “Assoutenti”nin prezidenti Furio Trutsi deyib.

Onun sözlərinə görə, 4 nəfərlik ailə 1 il əvvələ nisbətən ayda 2 753 avro daha çox xərcləyir. Təkcə qidalanma xərcləri 562 avro artıb.

Bu vəziyyətin fonunda birlik italyanları iyunun 10-da yenidən kütləvi etiraz aksiyaları keçirməyə çağırıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər