13 C
Baku
Friday, November 22, 2024

İtaliyada ictimai nəqliyyatda tibbi maska tələbinin müddəti uzadılıb

İtaliya Nazirlər Şurası tibbi maskadan istifadə ilə bağlı yeni qərarlar qəbul edib. Belə ki, təyyarə ilə səyahət edərkən, teatrda, kinoda və qapalı məkanlarda keçirilən idman tədbirlərində maskadan istifadə artıq məcburi deyil. Lakin hökümət xalqa yenə də maskadan istifadə etməyi tövsiyə edib. Həmçinin, virusun yayılma riskinin yüksək olması ilə əlaqədar şəhər ictimai nəqliyyatında maska tələbinin müddəti sentyabrın 30-dək uzadılıb. Banker.az xəbər verir ki, ictimai nəqliyyatdan başqa, səhiyyə müəssisələrində və qocalar evlərində də maska tələbi sentyabrın sonuna qədər davam edəcək.

Qeyd edək ki, İtaliyanın səhiyyə naziri Roberto Speranzanın COVID-19 testinin müsbət çıxdığı bildirilib. Speranzanın evdə özünü təcrid etdiyi və maskadan istifadə qərarını müzakirə edən Nazirlər Şurasının iclasına video konfrans vasitəsilə qoşulub. 2020-ci ilin fevral ayında ölkədə epidemiya rəsmi olaraq başladığı gündən bu günə ümumi yoluxma sayı 17 mln. 736 min 696, həyatını itirənlərin sayı isə 167 min 553-ə çatıb. Son həftələrdə ölkədə gündəlik yoluxma sayı 7 min ilə 40 min arasında dəyişir.

 

Son xəbərlər
Digər xəbərlər