11 C
Baku
Friday, January 10, 2025

İtaliyada idman yarışlarının dayandırılması 60 mlrd. avro itkiyə səbəb ola bilər

İtaliyada futbol üzrə ölkə çempionatının və digər turnirlərin dayandırılması ciddi maliyyə itkisinə səbəb ola bilər.

İtaliyanın nüfuzlu “Corriere dello Sport” nəşri xəbər verir ki, turnirlərin təxirə salınması səbəbindən ölkə təxminən 60 milyard avro itirə bilər.

Məlumatda, həmçinin qeyd olunur ki, koronavirus pandemiyasına görə yarışların dayandırılması 14 milyona yaxın insanın müəyyən maliyyə vəsaiti itirməsinə səbəb olacaq. Vəziyyətin ən çox İtaliya Basketbol Liqasına təsir edəcəyi güman edilir. Belə ki, çempionatın bərpa olunmayacağı təqdirdə, quruma təxminən 40 milyon avro ziyan dəyə bilər.

Qeyd edək ki, İtaliya klubları mayın 4-də məşqləri bərpa etməyi qərara alıblar.

Azərtac

Son xəbərlər
Digər xəbərlər