12 C
Baku
Wednesday, December 11, 2024

İtaliyada inflyasiya rekord həddə çatdı

İtaliyada illik inflyasiya göstəricisi son 36 ilin ən yüksək səviyyəsinə yüksəlib.

Bu barədə İtaliya Milli Statistika İnstitutu məlumat yayıb.

Bildirilib ki, enerji və ərzaq qiymətlərindəki yüksək artımlar inflyasiyanın hərəkətverici qüvvəsi olmaqda davam edir. İyunda İtaliyada inflyasiya 8,2 faiz səviyyəsində olub və bu, 1986-cı ilin yanvarından bəri qeydə alınan ən yüksək göstəricidir.

İnflyasiya aylıq müqayisədə 1.2 faiz, illik müqayisədə isə 8 faiz artıb.

 

 

Son xəbərlər
Digər xəbərlər