İtaliyada inflyasiya rekord səviyyəyə yüksəlib

Noyabr ayında İtaliyada inflyasiya göstəricisi 12.6 faizə çatıb.

Bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, bu, 1983-cü ildən bəri qeydə alınan ən yüksək göstəricidir. İnflyasiya səviyyəsi enerji və ərzaq qiymətlərindəki artımlar fonunda yüksəlib. Ölkədə illik inflyasiya göstəricisi isə 8 faiz təşkil edib.

İstehlak qiymətləri indeksi aylıq müqayisədə 3.4 faiz, illik əsasda 11.8 faiz artıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər