Cari ildə İtaliyada iqtisadi artımın 2,4 faiz, inflyasiyanın isə 5,9 faiz olacağı gözlənilir.
Bu proqnozla Avropa Komissiyası çıxış edib.
Avrokomissiya Avropa İttifaqı (Aİ) və Avrozona üzrə inflyasiya proqnozlarını yuxarı istiqamətli dəyişib. Bildirilib ki, cari il və gələn ildə Aİ ilə Avrozonada baza inflyasiyası 3 faizdən yuxarı olacaq.
Hesabatda Rusiya-Ukrayna gərginliyi fonunda qeyri-müəyyənlik və risklərin davam etdiyi, pandemiyanın iqtisadi təsirlərinin azalmağa başladığı qeyd edilib. Bildirilib ki, Rusiya-Ukrayna hadisələri, həmçinin əmtəə qiymətlərinə daha çox yuxarı istiqamətli təzyiq göstərir və tədarükdə kəsintilərə səbəb olur. Rusiya-Ukrayna gərginliyinin enerji bazarlarına təsiri iqtisadi aktivlik və inflyasiya proqnozları üçün də risklər yaradır.